/home4/cpsbakuc/public_html/vendor/intervention/image/src/Intervention/Image/../../config/config.php
Obtaining ownership certificate for the real estate in the new building is becoming possible
Interesting publication in Facebook by user @Garibov.Azer dated 06.02.2018. We at CPS hope that this information will be interesting and useful for our readers.
Gözünüz aydın!
Nəhayət ki, Mülki Məcəllədə dəyişiklər edilib və Prezident İ. Əliyev bu dəyişikləri imzası ilə təsdiqləyib.
Ura, tavarişi! Beləliklə, fərq etməz, ev hazırdır, ya tikintisi yarımcığ qalıb, ya müvafiq orqanlar tərəfindən qəbul edilməyib - "kupça" almaq imkanı artıq var və Qanun bu məsələni tənzimləyir.
Bundan əlavə, artıq mənzil alan yalnız mənzilin sahibi deyil, eyni zamanda torpaq sahəsinin də həmsahibi olur. Tikinti şirkəti isə artıq yalnız podratçı funksiyasını daşıyacaq, yəni, mənzil alanların işçisi olacaq, onun vəzifəsi evi tikib mülkiyətçilərə təhvil verməkdən ibarətdir, vəssalam.
Və bir məsələyə də aydınlıq gətirilir.
Artıq tikinti şirkəti evi tikib qurtarmamış pulun bütün məbləğını ala bilməyəcək. Hamısı xırdalığları ilə yazılıb Qanunda - fundament mərhələsində filan qədər verirsiniz, divar tikiləndə filan qədər, dam örtüləndən sonra filan qədər və s.
Və yalnız ev dövlət qurumları tərəfindən qəbul ediləndən və istismarına icazə veriləndən sonra, pulun qalığını verirsiniz.
Haqq öz yerini tapır.
Sanballı, öz reputasiyasını qoruyan, insanların etibarını qazanmış, adları qalmaqallarda və məhkəmə proseslərində hallanmayan tikinti şirkətlərinə uğurlar arzulayıram, bu Qanun həm də onların marağlarını qoruyur.
Dürüst işləyən həmişə udur, ən böyük biclik düzgünlükdür...