/home4/cpsbakuc/public_html/vendor/intervention/image/src/Intervention/Image/../../config/config.php Haqqımızda - CPS - Sizin əmlak agentliyiniz

Haqqımızda

CASPIAN PROPERTY SERVICES (CPS) şirkətin əsası 1995 ci ildə qoyulmuşdur, və bu illər ərzində etibarlı partnyor nüfuzunu qoruyub saxlamışdır. Şirkət daşınmaz əmlakın bütün sahələri üzrə tam xidmət göstərir, xidmətlərə yaşayış, kommersiya, şəhər ətrafı, ümumilikdə Bakı və Azərbaycanın ərazisinə daxil olan torpaq sahələri də daxildir.

İlk gündən şirkətin məqsədi dəyişilməz olaraq qalır: müştərilərə göstərilən xidmətlərdə ən yüksək standartlara riayət etməli, müştərilərdə  daşınmaz əmlakla bağlı yaranmış bütün  suallarda onlara yüksək səviyyədə xidmət göstəririk.

 

CPS aşağıda qeyd olunan nüfuzlu qurumların üzvüdür:

  • Bakı Rieltorlar Assosiyasiyası (BRA), Azərbaycan - təsisçi və idarə heyyətinin üzvlərindən biri;
  • Milli Qiymətləndiricilər Cəmiyyəti (QQC), Azərbaycan; qiymətləndiricilər komandasının tərkibində sertifikatlaşdırılmış qiymətləndirici vardır.

 

Niyə bizə etibar edə bilərsiniz?

CPS Azərbaycanın daşınmaz əmlak bazarında ən qədim və ən təcrübəli oyunçudur. Şirkətin  İngilis dilində olan adı təsadüfi deyildir: buna səbəb, şirkətin ilk müştəriləri sırasinda çox sayda xarici şirkətlərin olmasıdır. Öz müştərilərimizin  tələblərini yüksək səviyyədə yerinə yetirmək üçün, şirkət beynəlxalq keyfiyyət standartlarını  və qərb idarə tərzi prinsiplərini qəbul etmişdir.

Eyni zamanda şirkət səfirliklər, diplomatik nümayəndəliklər və böyük xarici şirkətlərlə əməkdaşlıq etməyə başlamışdır. CPS və müştəriləri arasında olan bu tərəfdaşlıq inkişafla davam edir. Biz, xidmətlərimizin geniş çeşidi ilə müştərilərimizi təmin etmək öhdəliyinə uyğun olaraq, müştərilərin zaman dəyərini başa düşürük. Biz, müştəriləri düzgün və dəqiq malumatla təmin etmək üçün məsuliyyət daşıyırıq.

 

Niyə bizimlə işləmək rahatdır?

Çünki, şirkətimiz müştərilərin  daşınmaz əmlakla bağlı yaranmış problemlərinə optimal həll variantları və eləcə də daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə yüksək səviyyəli və tam paket xidmət təklif edir. Siz bizimlə müqavilə imzaladiqdan nəinki əvvəl hətta sonra baş ağrılarını unuda bilərsiz, Sizin riskləriniz minimuma endiriləcəkdir. Biz, müştərilərin əmlak bazarında “a”-dan - “z”-yə olan, hüquqlarının müdafiəsinin cavabdehliyini öz üzərimizə götürürük. Biz yalnız daşınmaz əmlak obyektləri ilə işləmirik,biz sizin üçün və yalnız sizin üçün çalışırıq. Bu səbəbdən müştərilərimiz bizimlə qalır.

 

BİZİM MÜŞTƏRİLƏRİMİZ

Müştərilərimizin haqqımızda deyilən sözləri burada oxuya bilərsiniz.

 

 

Həmçinin axtarılır :