/home4/cpsbakuc/public_html/vendor/intervention/image/src/Intervention/Image/../../config/config.php
Avadanlıq və maşınlar
CASPIAN PROPERTY SERVICES (CPS) bütün sektorlarda maşın və avadanlıqların qiymətləndirilməsində təcrübə və etibarliliq təklif edir.
Əgər sizin işgüzar aktivlərinizin böyük bir qismini avadanlıqlar təşkil edirsə, o zaman bu aktivlərin dəyəri sizin şirkətinizin yekun dəyərinə güclü təsir edəcək. Avadanlıqların qiymətləndirilməsi zamanı, onların dəyərinin hesablanmasında müəyyən standartlardan istifadə olunur. Bu standartlar nədir, maşın və avadanlıqlarınızın dəyərinə necə təsir edə bilər və nəyə görə müəyyən hallarda istifadə olunur? Bütün bu suallara CPS-in maşın və avadanlıqların qiymətləndirmə mütəxəssisləri cavab verə bilər.
Maşın və avadanlıqlar qiymətləndirilən zaman davamlı hesablamalar və etibarlı nəticələr əldə etmək üçün lazım olan standartlar il ərzində hazırlanmışdır.
Ən yayılmış qiymətləndirilmə növlərindən biri, onun mövcud bazar qiymətinin hesablanmasıdır.
İlk növbədə yanaşmanın və metodun seçilməsi əldə olan məlumata əsaslanır: eləcə də qiymətləndirmənin məqsədini diqqətə almaq lazımdır. Təbii ki, maşın və avadanlığın qiymətləndirməyə yanaşmanı seçərkən - Müqayisə, Xərc və ya Gəlir yanaşması - qiymətləndirici əvəz olunma qaydasını unutmamalıdır. Aktivin qiymətləndirilməsində yekun nəticə yeninisi ilə əvəzinin qiymətindən daha yüksəkdirmi?
CPS mütəxəssisləri şirkətin əsas vəsaitlərini təhlil etmək üçün unikal hesablama bacarıqlarından istifadə edərək, fiziki, funksional və iqtisadi faktorlarla istifadəni qiymətləndirir. Tələb olunduğu təqdirdə CPS həmçinin məhdud fiziki yoxlamalar aparır, şirkətin maşın və avadanlıqlarının və digər əsas vəsaitlərin ətraflı fiziki siyahıya alınmasını həyata keçirdir.