/home4/cpsbakuc/public_html/vendor/intervention/image/src/Intervention/Image/../../config/config.php CPS BAKU

CPS və Shop.az birgə layihəsi

CPS və Shop.az həm satıcı və alıcılara, həm də rieltorlar üçün faydalı olan yeni internet səhifəsini işə saldılar.

 

Cps və Shop.az, alıcılar və satıcılarla yanaşı professional rieltorların da marağını cəlb edəcək əmlak saytını işə saldılar.

 

Bu birgə proyekt Bakı və azərbaycanın əmlak bazarının bütün iştrakçılarına kompleks xidmət göstərməyə yönəlib.

 

Azərbaycanın ilk əmlak şirkətlərindən biri olaraq geniş bilik və təcrübəyə malik CPS, əmlak bazarının bütün seqmentlərində ekspert olaraq çox gözəl anlayır ki, bu onlayn platformanın varlığı öz əmlakı üçün alıcı  axtaran satıcılar,  arzuladıqları əmlakı axtaran alıcılar, eləcə də hər iki tərəfə bir-birlərini taparaq uğurlu alış-veriş etməkdə  kömək etmək istəyən əmlakçılar üçün çox yararlıdır.

 

Beləliklə, biz sizə belə bir məkan təklif edirik ki, bütün iştirakçılar burada görüşüb işlərini birgə görə bilərlər.

 

Shop.az özwndə 2 əsas hissəni birləşdirən onlayn platformadır: mağazalar və əmlak. "Mağazalar" seqmenti Bakıda fəaliyyət göstərən məhşur və digər müxtəlif profilli mağazaların, sahibkarların və əl işi ilə məşğul olanların öz mallarını vitrinə çıxarda biləcəkləri onlayn ticarət mərkəzi formasında yaradılıb: alıcılar isə öz evlərini və iş yerlərini tərk etmədən onlara lazım olanı və arzuladıqlarını sifariş edə bilərlər. mağazalar öz alıcılarına heç bu qədər yaxın olmamışdı - cəmi bir klik uzaqlıqda!

 

Partnyorlar maraqlı olan bütün tərəflərə rahatlıq təmin edərək, öz istifadəçilərini sevindirmək üçün  platformalarının yeni funksiyaları üzərində işləmək niyyətindədirlər.